عاشیق اورک
ساده دئییم ای اوره ییم یار سنی دای سئومه ییری
کونلونده کی او سئوگینین دیرینی بیلمه ییری
دونیا قدر سنی سئون سنله دئییب سنله گولن
آیریلیق دان یانان قلبه نه دن درمان گلمه ییری
زامان دورور نفس گلمیر ، اونو گؤرن زامان آما
گؤزلرینی آچ اوره ییم او هئچ سنی گؤرمه ییری
هر گون هر آن سؤیله ییرسن سنی گولوم چوخ سئویرم
آما اونا سوراندا کی سئویرسن سن ؟ دینمه ییری
سنی قویوب گئدن زامان دئدین اونا گئتمه دایان
بسدی داحا قبول ائله یارین سنه دؤنمه ییری
دئدیم سنه نصیحتی ، آما هاردا قولاق آسان
من تانیان عاشیق اورک آیریلماغا دؤزمه ییری
شاعیر : وحید شکرزاده

Aşiq ürək
Sadə deyim ey ürəyim yar səni day sevməyiri
Könlündəki o sevginin dəyərini bilməyiri
Dunya qədər səni sevən sənlə deyib sənlə gülən
Ayrılıqdan yanan qəlbə nədən dərman gəlməyiri
Zaman durur nəfəs gəlmir onu görən zaman ama
Gözlərini aç ürəyim o heç səni görməyiri
Hər gün hər an söyləyirsən səni gülüm çox sevirəm
Ama ona sorandaki sevirsən sən ? dinməyiri
Səni qoyub gedən zaman dedin ona getmə dayan
Bəsdi daha qəbul elə yarın sənə dönməyiri
Dedim sənə nəsihəti ama harda qulaq asan
Mən tanıyan aşiq ürək ayrılmağa dözməyiri
Şair : Vəhid Şükürzadə
|